Git
Chapters ▾ 2nd Edition

1.5 Getting Started - Giti quraşdırarkən

Giti quraşdırarkən

Git-i istifadə etməyə başlamazdan qabaq öz komputerinizdə onu hazır etməlisiniz. Əgər artıq yüklənmiş olsanız belə, sonuncu versiyaya yeniləmək daha yaxşı idea olacaqdır. Onu başqa quraşdırıcı vasitəsi ilə paket formasında ya da qaynaq kodlarını yükləyib özünüz kompayl edə bilərsiniz.

Bu kitab 2.8.0 versiyalı Git-dən istifadə edilərək yazılıb. Bizim istifadə etdiyimiz əmrlərin bir çoxu Git-in bir çox köhnə versiyalarında işləməlidir, köhnə versiyanı istifadə edirsinizsə, əmrlərin bəziləri işləməyə və ya fərqlilik göstərə bilər. Git köhnələri saxlamaq barəsində qabiliyyətli olduğuna görə, 2.8-dan sonrakı versiyalar yaxşı işləməlidir.

Linux üzərində quraşdırılma

Binary quraşdırıcı vasitəsi ilə sadə Git alətlərini Linux üzərində quraşdırmaq istəyirsinizsə, öz Linux distributorunuzla bərabər gələn paket menecment alətlərindən istifadə edə bilərsiniz. Əgər siz Fedora-dasınızsa (vəya CentOS yada RHEL kimi RPM əsaslı distributorla yaxın-əlaqəli başqası), dnf-dən istifadə edə bilərsiniz:

$ sudo dnf install git-all

Əgər siz Ubuntu kimi Debian əsaslı distributordasınızsa, apt-ni sınayın:

$ sudo apt install git-all

Daha çox seçimlər üçün, burada Git-in vebsaytında fərqli Unix distributorları üçün müxtəlif quraşdırma təlimatları mövcuddur: https://git-scm.com/download/linux.

macOS-da quraşdırma

Git-i Mac üzərində quraşdırmaq üçün fərqli yollar mövcuddur. Yəqin ki, ən asanı Xcode əmrlər sətiri alətlərini quraşdırmaqdır. Mavericks-də(10.9) və yuxarı versiyalarda ilk istifadə zamanı bunu terminalda git əmrini icra edərək edə bilərsiniz.

$ git --version

Əgər siz hələ də quraşdırmamısınızsa, o sizi quraşdırmağa yönləndirəcək.

Əgər yeni versiyanı istəyirsinizsə, binary quraşdırıcı vasitəsi ilə də onu quraşdıra bilərsiniz. macOS Git quraşdırıcısı Git vebsaytındadır və yükləmək üçün hazırdır. https://git-scm.com/download/mac.

Git macOS installer
Figure 7. Git macOS quraşdırıcısı.

Siz həm də bunu macOS quraşdırıcısı üçün GitHub-un bir parçası olaraq da quraşdıra bilərsiniz. Onların qrafiki istifadəçi intefeysli aləti həmçinin əmr sətirli alətləri yükləmək seçiminə də sahibdir. Siz bu aləti buradakı GitHub-un macOS üçün olan vebsaytından yükləyə bilərsiniz. https://desktop.github.com.

Windowsa quraşdırılma

Git-i Windowsda quraşdırmaq üçün də bir neçə yol mövcuddur

Ən rəsmi quruluş Git vebsaytında yüklənməyə hazırdır. Sadəcə bura https://git-scm.com/download/win gedin və yüklənmə avtomatik başlayacaqdır. Nəzərə alın ki, proyektin adı Windows üçün Git adlanır, hansı ki Git-in özündən ayrıdır; haqqında daha çox məlumat əldə etmək üçün bura gedinI https://gitforwindows.org.

Avtomatik quraşdırılma üçün siz Git Chocolatey paketini istifadə edə bilərsiniz. Nəzərə alın ki, Chocolatey paketini cəmiyyət saxlayır.

Giti quraşdırmağın digər asan yolu da GitHub Desktop-u quraşdırmaqdır. Quraşdırıcı Gitin həm qrafikal istifadəçi interfeyli versiyasına, həm də əmr sətirli versiyasına sahibdir. O həm də PowerShell ilə yaxşı işləyir və CRLF sazlamaları ilə güclü kimlik keşi quraşdırır.

Daha sonra bu şeylər haqqında daha çox məlumat alacağıq, hələlik istəyəcəyiniz şeylər olduğunu söyləmək kifayətdir. Onu buradan yükləyə bilərsiniz. GitHub Desktop vebsatı.

Qaynaq kodlardan quraşdırma

Bəzi insanlar Giti qaynağından quraşdırmağı daha faydalı hesab edə bilər, ona görə ki siz ən yeni versiyanı əldə edirsiniz. Binary quraşdırıcılar nisbətən arxadan gəlirlər, Git son illərdə yetişdiyinə görə bu az fərq yaradır.

Əgər Giti qaynağından quraşdırmaq istəyirsinizsə, Gitin asılı olduğu növbəti kitabxanalara sahib olmalısınız: autotools, curl, zlib, openssl, expat, və libiconv. Məsələn, əgər siz dnf olan (Fedora kimi) vəya apt-get (Debian əsaslı sistemlərdəki kimi) əməliyyat sistemindəsinizsə, aşağıdak Git binary-lərini kompayl etmək və quraşdırmaq üçün lazım olan minimal aslılıqları aşağıdakı əmrlərdən birindən istifadə edərək quraşdıra bilərsiniz.

$ sudo dnf install dh-autoreconf curl-devel expat-devel gettext-devel \
  openssl-devel perl-devel zlib-devel
$ sudo apt-get install dh-autoreconf libcurl4-gnutls-dev libexpat1-dev \
  gettext libz-dev libssl-dev

Dokumentasiyanı müxtəlif formatlarda (doc, html, info) əlavə etmək üçün, bu əlavə asılılıqlar lazımdır (Qeyd: RHEL və CentOS, Scientific Linux kimi RHEL törəməsi istifadəçiləri docbook2X paketini buradan yükləməlidirlər. EPEL anbarını aktivləşdir

$ sudo dnf install asciidoc xmlto docbook2X
$ sudo apt-get install asciidoc xmlto docbook2x

Əgər siz Debian əsaslı distributordan istifadə edirsinizsə (Debian/Ubuntu/Ubuntu törəmələri), siz həm də install-info paketini yükləməlisiniz:

$ sudo apt-get install install-info

Əgər siz RPM əsaslı (Fedora/RHEL/RHEL törəmələri) distributor istifadə edirsinizsə, sizə həm də getopt paketi lazımdır. (hansı ki artıq Debian əsaslı distoya quraşdırılıb):

$ sudo dnf install getopt
$ sudo apt-get install getopt

Əlavə olaraq əgər siz Fedora/RHEL/RHEL törəmələrinin istifadəçisinizsə, bunu etməlisiniz.

$ sudo ln -s /usr/bin/db2x_docbook2texi /usr/bin/docbook2x-texi

Bütün lazımi asılılıqlara sahib olduqdan sonra, müxtəlif yerlərdən axırıncı işarələnmiş tarball-ları gedib götürə bilərsiniz. Siz onu buradakı https://www.kernel.org/pub/software/scm/git kernel.org saytından vəya buradakı https://github.com/git/git/releases. GitHub saytından götürə bilərsiniz GitHub səhifəsindəki sonuncu versiya adətən daha təmiz olsa da, kernel.org səhifəsindəki imzalar vasitəsi ilə öz yükləmənizi təsdiqləyə bilərsiniz.

Bunlardan sonra, kompayl edin və quraşdırın:

$ tar -zxf git-2.0.0.tar.gz
$ cd git-2.0.0
$ make configure
$ ./configure --prefix=/usr
$ make all doc info
$ sudo make install install-doc install-html install-info

Bunlar bittikdən sonra, siz Git-in yeniliklərini əldə etmək üçün Gitin özündən istifadə edə bilərsiniz.

$ git clone git://git.kernel.org/pub/scm/git/git.git